Xəbər lenti



Cənub Qafqazın ən böyük gölü sayılan Göyçə məhv olmaq təhlükəsi ilə üzləşib.

 

Bizimaz.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Bildirilib ki, buna səbəb gölün səthində dəniz yosunlarının sayının kəskin sürətlə artmasıdır.

Yaşıl və göy rəngli həmin yosunlar xüsusi toksik maddə buraxaraq, suyun tərkibini və keyfiyyəsini dəyişir.

“Sevan (Göyçə) gölü bu gedişlə bataqlığa çevriləcək. Dəniz yosularının sayının artması və suyun səviyyəsinin enməsi burdakı balıqların da kütləvi ölümünə səbəb olacaq”- deyə Böyük Britaniyanın BBC telekanalındakı materialda qeyd olunur.

Ermənistan Zoologiya və Hidroekologiya İnstitutunun direktoru Boris Qabrileyan isə Göyçə gölü ətrafında istirahət məkanlarının, restoranların və yaşayış məntəqələrinin mərkəzləşdirilmiş kanalizasiya sisteminin olmamasını, çirkab sularının gölə axıdılmasını, həmçinin, gölün suyundan xüsusən yayda suvarma, təsərrüfat işlərində qeyri-rasional istifadə edilməsini əsas təhlükələr siyahısına daxil edib.

Göyçə gölü dəniz səviyyəsindən 1900 metr yüksəklikdə yerləşir. Sahəsi 1200 kvadrat kilometr olan gölün ən dərin yeri 79,7 metrdir.

istinad
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov