Xəbər lenti

Rusiyadakı təyyarə qəzasında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur
 

Rusiyada baş vermiş təyyarə qəzasında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur.

 

Bizimaz.az: Bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

Qeyd edək ki, dünən Moskvanın "Şeremetyevo" hava limanında "Sukhoi Superjet 100" təyyarəsində yanğın baş verib. Son məlumatlara əsasən, hadisə nəticəsində 41 nəfər həlak olub.

Göyərtəsində 78 nəfər olan təyyarə Moskvadan Murmanska uçurdu. "Şeremetyevo" hava limanında qəza enişi etdikdən sonra isə "Sukhoi Superjet 100" alışıb.

Təyyarənin ekipajı bildirib ki, yanğın təyyarəni ildırım vurduğuna görə baş verib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov