Xəbər lenti



“Müğənni Manaf Ağayev və iş adamı Sənan Hüseynovun işğaldan azad edilmiş ərazilərə qanunsuz səfər etmələri ilə bağlı onların keçdiyi nəzarət postunda xidməti yoxlama aparılır”.

Bunu Oxu.Az-a açıqlamasında DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib.

 

O qeyd edib ki, xidməti yoxlamaların nəticəsinə uyğun qərar qəbul ediləcək.

13:39

Müğənni Manaf Ağayev və iş adamı Sənan Hüseynov həbs olunublar. 

Oxu.Az-ın məlumatına görə, bu barədə Yasamal Rayon Məhkəməsi qərar çıxarıb.

Belə ki, hər iki şəxs icazələri olmadan işğaldan azad edilmiş ərazilərə səfər ediblər. 

Məhkəmənin qərarı ilə Manaf Ağayev və Sənan Hüseynov hər biri 15 sutka həbs olunub.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə müğənni Manaf Ağayev və Sənan Hüseynovun işğaldan azad edilmiş ərazilərə səfər etməsini əks etdirən görüntülər yayılmışdı.

 

İlhamə Əbülfət

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov