Xəbər lenti



Rusiyanın Petropavlovsk şəhərində yük maşınının sürücüsü səkkiz ton balıq və balıq tullantısını yola dağıdıb.

 

Lenta.ru xəbər verir ki, yerli icra hakimiyyəti orqanları sürücünün bu hərəkətini işinə məsuliyyətsiz yanaşma və sərxoş olması ilə əlaqələndiriblər.

Yol polisi müşahidə kameralarının köməyilə sürücünün kimliyini müəyyən edib. Yükün daşınmasını təmin edən müəssisəyə isə yolu təmizləmək tapşırılıb.

Məlumatda qeyd edilir ki, Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin mütəxəssisləri balıq tullantılarının kosmosda istifadəsi üçün texnologiya işləyib hazırlayıblar.

Araşdırmalara əsasən, balıq sümükləri, pulu və içalatından kosmosda bitkiləri yetişdirmək üçün qidalandırıcı məhlul hazırlanır.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov