Xəbər lenti

İdai-nin öldürdüyü insanların sayı 700-ü keçdi - 3 günlük matəm elan edildi
 

Cənubi Afrika ölkələri - Mozambik, Zimbabve, Malavidə qasırğa və yağış səbəbindən yaranan sel 700-dən çox insanın ölümünə səbəb olub.

 

Bizimaz.az xarici mediaya istinadən xəbər verir ki, Mozambikin Ətraf mühit naziri Celso Correia İdai qasırğasə səbəbindən ölənlərin sayının 417-ni keçdiyini açıqlayıb.

Zimbabvedə 259, Malavidə 56 nəfər ölüb. Daşqınlar səbəbindən axtarışlar davam edərkən əhali arasında malyariya xəstəliyinin yayıldığı müəyyən edilib.

Qeyd edək ki, keçən həftə baş verən İdai qasırğası və sellər yarısı uşaq olmaqlar bu üç ölkədə 1.7 milyon insanın həyatına təsir edib.

Qasırğada ən çox itki verən Mozambikdə 3 gün matəm elan edilib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov