Xəbər lenti

Venesuelanın ərazisinin 80%-i 30 saatdan çoxdur işıqsız qalıb.

 

Bizimaz.az xəbər verir ki, bu barədə Latın Amerika ölkələri mətbuatı məlumat yayıb.

Bildirilib ki, böyük şəhərlərin hamısı, o cümlədən paytaxt Karakas tam qaranlığa bürünüb. Vəziyyət o həddə çatıb ki, insanlar telefonlarının batareyalarını enerji ilə təchiz edə bilmirlər.

Qeyd edək ki, Venesuelada elektrik verilişi ölkədəki ən vacib su elektrik stansiyasında yüklənmə ucbatından dayandırılıb. Hökumət baş verənlərə görə ABŞ-ı ittiham edib. Belə ki, hökumət rəsmilərinin fikrincə SES ABŞ-dan təşkil edilən kiberhücumlardan sonra yüklənərək fəaliyyətini dayandırıb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov