Xəbər lenti

Moskva və Doha S-400 zenit raket komplekslərinin tədarükü ilə bağlı qarşılıqlı razılaşma əldə etməyib.

 

Bizimaz.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qətər Xarici İşlər naziri Məhəmməd bin Əbdürrəhman əs-Sani deyib. Onun sözlərinə görə, tərəflər danışıqlara davam edir və Qətər hələlik bu sistemin texniki xarakteristikasını tədqiq edir.

Qeyd edək ki, iyun ayında Səudiyyə Ərəbistanı kralı Fransa Prezidenti Emmanuel Makrona müraciət edərək, Dohanın Rusiyadan S-400 alacağı halda Ər-Riyadın ona hücum etməyə hazır olduğunu söyləyib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov