Xəbər lenti


ABŞ Dağlıq Qarabağ ətrafındakı 7 rayonun Azərbaycana qaytarılması istiqamətində Ermənistana güclü təzyiq göstərir.

 

Bizimaz.az bildirir ki, Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib.

“Paşinyan açıq şəkildə Ermənistanda demokratiya pərdəsi altında millətçiliyi təbliğ edir, Azərbaycana münasibətdə, xüsusən də Dağlıq Qarabağla bağlı danışıqlar prosesində ifrat qeyri-konstruktiv mövqe tutur. Onun bu dəyişkən mövqeyi danışıqlar prosesinə vasitəçilik edən Minsk Qrupunu, eləcə də ATƏT-i ciddi surətdə düşündürür. Çünki Paşinyan Serj Sərkisyan dövründə əldə edilmiş bir sıra kompromislərdən vaz keçməyə çalışır. Ancaq ABŞ Dağlıq Qarabağ ətrafındakı 7 rayonun Azərbaycana qaytarılması istiqamətində Ermənistana güclü təzyiq göstərir. Hətta Rusiya da təxminən eyni mövqedə dayanıb”, - politoloq bildirib.

Politoloq son zamanlar bir sıra ölkələrin ərazi bütövlüyümüzü dəstəkləməsini beynəlxalq ictimai rəydə Azərbaycanın mövqeyinə kəskin dönüş kimi səciyyələndirib:

“Paşinyan bu qədər güclü ictimai rəyin qarşısında səfeh iddialarını çətin ki, sonuna qədər həyata keçirə bilsin. Hesab edirəm ki, Ermənistanda parlament seçkilərindən sonra kompromisin əldə olunması istiqamətində Paşinyana qarşı təzyiqlər daha da artacaq. Ciddi böhran içərisində olan Ermənistanın bu təzyiqlərə tab gətirə biləcəyini düşünmürəm”.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov