Xəbər lenti


Bu gün Efiopiyanın paytaxtı Əddis-Əbəbə ilə Somalinin paytaxtı Moqadişu arasında aviareys 41 ildən sonra bərpa edilib.

 

Bizimaz.az xəbər verir ki, Efiopiya Hava Yolları rəsmisi Tevolde Qebremariyam uçuşların iki ölkə arasındakı münasibətlərin inkişafına müsbət təsir göstərəcəyini deyib.

Qeyd edək ki, 1977-1978 illərdə mübahisəli Oqaden ərazisi üstündə Efiopiya və Somali arasında müharibə baş verib. 1988-ci ildə tərəflər arasında sülh müqaviləsi imzalansa da, sərhəd məsələsi öz həllini tapmayıb. Bu da Efiopia ilə Somali arasında diplomatik münasibətlərin kəsilməsi, uçuşların ləğv edilməsi ilə nəticələnib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov