Xəbər lenti


Şənbə günü axşam Polşanın göyərtəsində 19 nəfər olan gəmisi Baltika dənizində batıb.
 
Bizimaz.az xəbər verir ki, bunu jurnalistlərə Polşa Dəniz Axtarış və Xilasetmə Xidmətinin rəsmi nümayəndəsi Rafal Qoyetsk deyib.
 
"Şənbə günü axşam "Mietus" gəmisi dənizdə batıb. O, kommersiya məqsədi ilə dənizə çıxır və insanları balıq tutmağa aparırdı", - deyə o bildirib.
 
Gəminin hansı səbəbdən batdığı hələ ki, məlum deyil. Xidmətin məlumatına görə, göyərtədə olan 19 nəfərin hamısı xilas edilib. Onların köməyinə Danimarka xilasediciləri gəlib. Əməliyyatda iki vertolyot və üç gəmi iştirak edib.
 
İdarədən qəza zamanı bir nəfərin başından xəsarət alaraq xəstəxanaya yerləşdirildiyi bildirilir.
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov