Xəbər lenti


İtaliyanın ən yaşlı məhbusu və Ndrangeta mafiyasının rəhbərlərindən biri olan Françesko Barbaro ölüb.

 

Bizimaz.az xəbər verir ki, o, Parma xəstəxanasında 92 yaşında vəfat edib.

Qeyd edək ki, Barbaro 1980-c ildə aktiv şəkildə insanların oğurlanmasıyla məşğul olsa da sonradan öz profilini dəyişib. Belə ki, o, beynəlxalq narkotik ticarətinə qoşulub. Barbaro 20 il həbs yatıb və 2013-cü ildə azadlığa çıxmağı bacarıb, lakin bir müddət sonra yenidən həbs edilib.

Ndrangeta 1897-ci ildə yaradılıb. Mafiya 1975-ci ilə qədər İtaliyadan kənarda fəaliyyət göstərməyib. Sonradan o təsirini bütün dünyaya yayıb. Bu mafiya dünyada bilinən bütün növ çirkli fəaliyyətlərdən gəlir əldə edə bilir. 2007-ci ildə mafiyanın illik gəliri 47,5 milyard avro təşkil edib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov