Xəbər lenti


Amerikalı aktrisa Ceyn Fonda ABŞ prezidenti Donald Trampı Adolf Hitlerlə müqayisə edib.

 

Bizimaz.az  "Report"a istinadən bildirir ki, bu barədə "Variety" portalı xəbər verib.

"Əgər siz qəzetdə Üçüncü reyxin yüksəlişi və Adolf Hitler haqqında nəsə oxumusunuzsa, paralellər görəcəksiniz", - deyə Fonda bildirib.

O, həmçinin amerikalıları Konqresə seçkilərdə iştirak etməyə çağırıb. Aktrisa hesab edir ki, əgər demokratlar Nümayəndələr Palatasında çoxluq əldə etsələr, onlar prezidentin təşəbbüslərinin böyük hissəsini qarşısını alacaq, həm də impiçment prosedurunu işə salacaqlar. 

Bundan başqa, Fonda Trampın ABŞ-da KİV-i necə sıxışdırdığını xatırladıb. O, qeyd edib ki, mətbuat demokratiyanın əsasıdır. Aktrisa vurğulayıb ki, hazırda mətbuat orqanları "zərbə altında"dır.

Aktrisa Ceyn Fonda kino karyerasına 1960-cı ildə, 23 yaşında başlayıb. O, 7 dəfə "Oskar" mükafatına namizəd olub və "Evə qayıdış", habelə digər filmdəki roluna görə bu mükafatı iki dəfə alıb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov