Xəbər lenti


ABŞ-Meksika sərhədinə doğru irəliləyən miqrantlar zorakılıq edəcəyi halda ABŞ-ın təhlükəsizlik qüvvələri buna radikal tədbirlərlə qarşılıq verəcək.

 

Bizimaz.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən mətbuat konfransı zamanı danışıb.

ABŞ-ın köç siyasətinin dəyişdiyini bildirən Tramp Hondurasdan yola çıxan və getdikcə böyüyən miqrant dəstəsi məsələsinə də toxunub. Sözügedən miqrant dəstəsinə heç bir güzəşt edilməyəcəyini qeyd edən prezident dəstə üzvlərinin Qvatemala-Meksika sərhədində Meksika polisinə daş atmasını xatırladıb.

“Dünyada milyardlarla insan yoxsulluq içində yaşayır. ABŞ-dan bu insanların hamısına qucaq açmasını gözləmək olmaz. Ümid edirəm burada eyni şeylər baş verməz. Sizə açıq şəkildə deyə bilərəm: Meksikadakı kimi daş atmağa cəhd etsələr, təhlükəsizlik qüvvələrimiz onlara atəşlə cavab vermək haqqını dəyərləndirəcək. Hər halda atılan bir daşın üzünüzə dəyməsi də fərqli bir vəziyyət deyil”, - Tramp bildirib.

Qeyd edək ki, Trampın göstərişi ilə miqrantların ABŞ-a daxil olmasının qarşısını almaq üçün 15 minə qədər hərbçi meksika sərhədinə göndərilib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov