Xəbər lenti


ABŞ hökuməti Hindistanı İrana qarşı neft sanksiyalarından azad etməyə razılıq verib.

 

Bizimaz.az:  bu barədə məlumatı “Ekonomik Tayms” yayıb. Məlumata görə, yaxın günlərdə hökumət bununla bağlı məlumat verəcək. Vaşinqtonun bu qərarı sayəsində Hindistanın gələn ilin martına qədər 1,25 milyon ton İran nefti idxal edə biləcəyi açıqlanıb:

“Hindistan və ABŞ Dehlinin sanksiyalardan azad edilməsi barədə razılaşıblar. Razılaşmaya əsasən, Hindistan İrandan neft idxalının üçdə birini azaldacaq ki, bu da özlüyündə böyük rəqəm sayılır. Bununla belə hələ də aydın deyil ki, Hindistan şirkətləri İranla hesablaşmanı necə həyata keçirəcəklər”.

“Blumberq” agentliyi isə ABŞ-la Cənubi Koreya arasında İran sanksiyalarından yayınmaqla bağlı razılığın əldə olunduğunu bildirib. Belə ki, razılaşmaya əsasən ABŞ Seulun Tehranla ticarətinə izn verəcək.

Qeyd edək ki, İran neftinin ən böyük idxalatçısı Çin, Hindistan və Türkiyə sayılır. Hələlik bu dövlətlərdən heç biri İran neftindən imtina etməyib. İran neftindən indiyə qədər yalnız Fransa və Cənubi Koreyanın imtina etdiyi açıqlansa da, bunlardan yalnız Fransanın qərarı öz rəsmi təsdiqini tapıb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov