Rusiyanın Sankt-Peterburq şəhərində zavodda partlayış olub. Bizimaz.az: “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə "Avanqard" pirotexnika məmulatları zavodunda qeydə alınıb.
Partlayış nəticəsində bir nəfər ölüb. İki nəfərin dağıntılar altında qaldığı bildilir. Hadisə yerinə xilasedici briqadalar və yanğn söndürən maşınlar cəlb olunub. Partlayışın səbəbləri barədə hələlik məlumat verilməyib.