Bizimaz.az: Səfir belə bir fikir səsləndirməklə, Qarabağın bilavasitə Azərbaycana məxsus olduğunu, torpaqlarımızın ermənilər tərəfindən işğal edildiyini etiraf edib.
ABŞ rəsmisinin müzakirələrə səbəb olan bəyanatını şərh edən politoloq Sahil İskəndərov bildirib ki, amerikalı diplomatın çıxışı əslində gözlənilməz hesab olunmamalıdır. Onun sözlərinə görə,
ABŞ üçün Qarabağ məsələsinin məsələnin mahiyyəti çoxdan aydındır. Amma həmsədr dövlətlər və onların müxtəlif ölkələrdəki səfirlərinin ikibaşlı oyunları, heç bir əhəmiyyət kəsb etməyən "dişsiz" bəyanatları fonunda Millzin mövqeyi Azərbaycan üçün gözlənilməzdir.
"Çünki
ABŞ-ın İrəvandakı səfiri belə bir bəyanat verirsə, bu, artıq Ermənistanın indiyə qədər apardığı ikiüzlü siyasətin ifşası deməkdir. Əslidə Millz Ermənistan cəmiyyətində Azərbaycanfob, türkfob, təcavüzkar siyasətin beyinlərə hansı formada yeridilməsini dünyaya açıb göstərdi. Səfir demək istəyir ki, Ermənistanda Azərbaycanın işğal olunmuş əraziləri barədə yanaşma neqativ vəziyyətdədir. Hətta o qədər neqativ vəziyyətdədir ki, ermənilər ərazilərin işğal olunduğunu, nə vaxtsa Azərbaycana qaytarılması barədə düşünmürlər. Bu baxımdan Millzin bəyanatı bizim üçün gözlənilməzdir”.
Politoloq qeyd edib ki, hazırkı durumda
ABŞ-ın belə mövqe sərgiləməsi təəccüb doğurur: “
ABŞ bu məsələni çox gözəl bilirdi.
ABŞ Ermənistan hakimiyyətinin bütün təmsilçiləri ilə pərdəraxası oyunlar apararkən məsələnin nədən ibarət olduğunu anlayırdı. Onların bu məsələni hazırkı məqamda açıqlaması isə təəccüb doğurur. Əsas gözlənilməz məsələ budur. Amma
ABŞ üçün burada gözlənilməz bir şey yox idi. Çünki dünyada 5 yaşlı uşağın belə bildiyi həqiqəti səfir indi dilə gətirib. Səfirin bəyanatı bir daha göstərir ki, Ermənistanda necə bir cəmiyyət formalaşdırılıb. Təəssüflər olsun ki, həmsədr dövlətlərin birbaşa Ermənistan hakimiyyəti və cəmiyyəti ilə ikibaşlı oyunları nəticəsində bu məqam, bu rəy formalaşıb. Bu isə onu göstərir ki,
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli müstəvisində həmsədrlərin bəyanatları o qədər ciddi deyil”.
S.İskəndərov əlavə edib ki, Ermənistan cəmiyyətinin mövqeyi 25 ildən artıq müddətdə
ABŞ-a bəllidir: “30-35 il öncə
Dağlıq Qarabağ münaqişəsinin ərsəyə gəlməsində
ABŞ-dakı erməni diasporasının oynadığı rol və 25 ildir davam edən münaqişənin gerçəklikləri Vaşinqtona sirr deyil. Bəs bunları bilə-bilə Millzin özü Vaşinqtona hansı təklifləri verib ki, Ermənistanı sülhə məcbur etsinlər? Ermənistanın destruktiv mövqedən əl çəkməsi üçün hansı addımları atıblar? Axı özü deyir ki, Ermənistanda torpaqları geri qaytarmaqla bağlı düşüncə yoxdur. O zaman həmsədr dövlətlər hansı işi görürlər ki, ermənilər bu barədə düşünsünlər? Bu baxımdan Millzin özünün bəyanatında bir boşluq görürəm”.
Riçard Millzin niyə indiki məqamda belə bir bəyanatla çıxış etməsinə gəlincə politoloq deyib: “Son vaxtlar münaqişənin həlli ilə bağlı aparılan danışıqlar prosesində
Moskvanın fəallığı artıb. Bunu Vaşinqtonda da görürlər. Ona görə Millz belə bir bəyanat verib. Bunun özü bir növ Azərbaycana reveransdır. Amma əslində reverans yox, Azərbaycanın ədalətli mövqeyinin
ABŞ-ın Ermənistandakı səfiri tərəfindən ilk dəfə baş verən etirafıdır. Arxasında nə gizlənir? Düşünürəm ki, Vaşinqton Azərbaycanın əhəmiyyətini gözəl başa düşərək, bizim narahatlığımızı başa düşdüklərini göstərir. Amma bizi başa düşmək yox, Ermənistan cəmiyyətindəki bu mövqeni dəyişmək üçün addımlar atmaq lazımdır”.
S.İskəndərov, həmçinin qeyd edib ki, Millzin bəyanatında ehtiyatlanmalı məqam var və buna diqqət etmək lazımdır: “O, deyir:
“Əvvəllər elə başa düşürdüm ki, ermənilər əraziləri ona görə işğal edib ki, gələcəkdə əraziləri qaytarmaq əvəzinə Dağlıq Qarabağın statusu taktikasını seçsinlər. İndi görürəm ki, ermənilər heç bunu da istəmirlər”. Bununla Millz nə demək istəyir? O, demək istəyir ki,
ABŞ-ın mövqeyi əvvəldən belə olub ki, Ermənistan torpaqları işğal etsin, sonra torpaqları qaytarmaq müqabilində
ABŞ Dağlıq Qarabağın statusunu tanısın. Bunun özündə də ikibaşlı məqam var. Bir növ Millz demək istəyir ki, sabah Ermənistan əraziləri qaytarmağa razılaşsa, bunun müqabilində Dağlıq Qarabağın status ilə bağlı Azərbaycan qarşısında tələb qoymağa ixtiyarı çatır. Bu bəyanat ikibaşlı çubuqdur. Bir tərəfi Azərbaycana, digər tərəfi Ermənistana yönəlib. Ona görə də Millzin bəyanatını o qədər də müsbət saymıram”.