Bizimazaz: bu sözləri Türkiyənin İzmir şəhər məhkəməsinin qərarı ilə azadlığa çıxan amerikalı keşiş Endryu Branson ölkədən ayrılarkən deyib.
20 il Türkiyədə yaşayan Branson baş verənlərə baxmayaraq, Türkiyəni hələ də sevdiyini, bundan sonra da sevəcəyini söyləyib.
Keşişin həyat yoldaşı Norin Branson isə Türkiyəyə belə vida mesajı yollayıb: “Baş verənlərə rəğmən Türkiyəni sevirik”.
Qeyd edək ki, İzmir şəhər məhkəməsi amerikalı keşiş Endryu Bransona 3 il 1 ay 15 gün həbs cəzası verib və onu ev dustaqlığından azad edib. Məhkəmə Bransonun nəzarətdə olduğu müddəti nəzərə alaraq onun üzərindən cəzanı, o cümlədən xaricə çıxmaq qadağasını aradaq qaldırıb.
Xatırladaq ki, qalmaqallı Branson FETÖ və
PKK terror təşkilatları ilə əlaqədə itiham olunaraq həbs edilmişdi.