Ailələrin maliyyə aktivlərinin həcminə görə Danimarka Avropa Birliyinin ən zəngin ölkəsi seçilib.
Bizimaz.az Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı Danimarka Milli Bankı yayıb. Hazırda ölkədəki ailələrin maliyyə aktivləri 300 min dollar səviyyəsindədir. Bununla belə danimarkalıların qonşuları ilə müqayisədə borcları da çoxdur. Belə ki, bu borcların 86%-ni bank və ipoteka borcları təşkil edir.
Siyahıda Danimarkadan sonrakı yerləri Niderland, Lüksemburq və İsveç tutub. Ən son yerdə isə Rumıniya qərarlaşıb.