Kanadanın Britaniya Kolumbiyası əyalətində yerləşən Lutton yaşayış məntəqəsi meşə yanğınları nəticəsində tamamilə məhv olub.
CBS telekanalı məlumat verir ki, bu həftə sözügedən əyalətdə Kanada tarixinin ən isti hava temperaturu(49,6 dərəcə) qeydə alınıb.
Mindən çox insan hökumət qurumlarının göstərişini gözləmədən yaşadıqları əraziləri tərk etmək məcburiyyətində qalıb.
Bölgənin yanğınsöndürmə xidmətindən verilən məlumata görə, alov kənddəki binaların 90 faizini tamamilə yararsız hala salıb.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, bəzi sakinlər hələ də onlarla əlaqəyə çıxmayıblar.
Ölən və xəsarət alanlardan barədə hələlik məlumat verilir.