İran xalqı dəyişiklik, korrupsiyaya qarşı mübarizə və rifahın yaxşılaşdırılmasını tələb edir və bu tələb yeni hökumət tərəfindən yerinə yetiriləcək.
TASS xəbər verir ki, bunu İranın yeni seçilmiş prezidenti İbrahim Rəisi səsvermədən sonra ilk mətbuat konfransında bildirib.
“İran xalqının mesajı dəyişiklikdir. İran xalqının mesajı ədalətə çatmaqla yanaşı korrupsiya, yoxsulluq və ayrı-seçkiliklə mübarizədir”, - deyən Rəisi əlavə edib ki, bu, hökumət üçün dinlənilməsi lazım olan bir mesajdır.
Onun sözlərinə görə, hökumətin prioritetləri ticarət mühitini, insanların həyatını və hökumətdəki vəziyyəti yaxşılaşdırmaq, habelə inzibati sistemdə islahatlar və dəyişikliyə mane olan ənənəvi bürokratiyanın aradan qaldırılması olacaq.