Rusiyada miqrantların ölkə ərazisində qalma müddəti 30 sentyabr 2021-ci il tarixinədək uzadılıb.
Bizimaz.az-n məlumatına görə BAKU.WS Kremlin saytına istinadən xəbər verir ki, bu barədə Prezident Vladimir Putin fərman imzalayıb.
Fərmanda qeyd olunur ki, 30 sentyabr tarixinədək qanunları pozmayan miqrantlar ölkədən deportasiya edilməyəcəklər.
Lakin bu müddət ərzində əcnəbilərin ölkə ərazisində qanuni yaşaması üçün sənədlərini sahmana salması gərəkdir.