Moderator.az-a istinadən xəbər verir ki, hadisə ABŞ-da baş verib. Bizimaz.az: Nişanlısı ilə sentyabrın 29-da evlənməyə hazırlaşan Jessika Padgetin başına gələnlər hamını kədərləndirib.
Gənc qızın nişanlısı Kendall James könüllü olaraq yanğınsöndürən işləyirmiş. Bir avtomobil qəzasında yaralanan insanlara kömək etmək üçün hadisə yerinə gedərkən, içkili halda qarşısına çıxan digər sürücü tərəfindən vurularaq öldürülüb.
Oğlu öldükdən sonra gəlininə təsəlli olsun deyə oğlanın anası toy mərasimi təşkil edib və ortaya çox ürəkparçalayan görüntülər çıxıb. Gənc qız nişanlısının məzar daşına sarılaraq ağlayıb.