Fransanın Drome bölgəsinə səfəri zamanı prezident Emmanuel Makrona sillə vuran şəxsin peşəkar idmançı olduğu üzə çıxıb.
Bizimaz.az-n mılumatına görə BAKU.WS "AFP"yə istinadən xəbər verir ki, dövlət başçısına hücum edən şəxs Damien T. adlı 28 yaşlı fransız gənc olub.
Makrona sillə vuran şəxs uzaq şərq qılıncoynatma sənəti olan Kendo ilə məşğul olub və eyni zamanda HEMA ustasıdır.
Qeyd edək ki, Damien T. sosial mediada ifrat sağçı fikirləri ilə diqqət çəkib. Valence Prokurorluğu açıqlayıb ki, Makrona hücum edən və onunla birgə saxlanılan dostunun bu günə qədər məhkumluğu olmayıb.
Məlumat üçün bildirək ki, 28 yaşlı fransız 11 və ya 12-ci əsrlərdə Fransa krallarının döyüşlərdə istifadə etdiyi "Montjoie Saint-Denis!" şüarı ilə Makrona sillə vurub və ardınca "məhv olsun Makron", - deyə bildirib.
Baş verənlərə münasibət bildirən Fransa Prezidenti Emmanuel Makron qeyd edib ki, hərəkətlərdə və ritorikada şiddət və nifrət olmamalıdır, əks təqdirdə demokratiya təhdidə çevriləcək.