Bizimaz.az. “Reuters”ə istinadən bildirir ki,
Britaniyanın maliyyə naziri Con Qlen İngiltərə Bankının hesablamalarına əsaslanaraq bu cür bəyanat verib.
O, qeyd edib ki, “Brexit”dən sonra maliyyə şirkətlərinin
Britaniyanı tərk etməsinin qarşısını almaq və
Londonun
Avropanın maliyyə mərkəzi statusunun qorunub saxlanması naminə əldə olan bütün imkanlardan istifadə edəcək.
Bununla belə Qlen vurğulayıb ki,
Britaniyada fəaliyyət göstərən böyük maliyyə institutlarının
Avropa qitəsinin digər iri şəhərlərinə kütləvi köçmə prosesi hələ ki müşahidə edilmir. Nazir, həmçinin britaniyalıların daha az ziyanla “Brexit”ə keçidinin təmin edilməsi üçün
Avropa İttifaqı ilə səmərəli saziş imzalanacağına ümid etdiyini bildirib.
Xatırladaq ki, “Brexit” üzrə referendum 2016-cı ilin iyununda keçirilib və əhalinin 51,9 faizi Böyük
Britaniyanın Aİ-dan çıxmasının lehinə səs verib. “Brexit” prosesi rəsmən 2019-cu lin 29 martında başa çatacaq və
Britaniya ilə Aİ 2020-ci ilin 31 dekabrınadək keçid dövrünə qədəm qoyacaq.