Bizimaz.az: bu barədə “Reuters”ə Almaniya hökumətindəki mənbə bildirib.
Miqrantların inteqrasiyası üçün 2019-cu ildə federal ştatlara maliyyə dəstəyini nəzərdə tutan qanun layihəsinin təşəbbüskarı Almaniyanın
Maliyyə Nazirliyidir. Layihədə nəzərdə tutulan 6,85 milyard avroluq ümumi vəsaitin 2,44 milyard avrosu alman dili dərslərinin keçirilməsi də daxil olmaqla miqrantların inteqrasiyasına, 1,8 milyard avro yaşayış yeri ilə təmin edilmə, 500 milyon avro isə sosial mənzil subsidiyaları üçün ayrılacaq.
Bu layihə 2022-ci ilədək miqrantların inteqrasiyasını qarşıya məqsəd qoyan və federal ştatlara ümumilikdə 15 milyard avro ödənilməsini nəzərdə tutan proqramın tərkib hissəsi kimi dəyərləndirilir.