Xəbər lenti

İran ərazisindən Türkiyəyə raket atıldı
 

 

Türkiyənin Yüksekova bölgəsində İran ərazisindən METİ (mina və əldə düzəldilmiş partlayıcı qurğuların zərərsizləşdirilməsi) komandasına raket atan üç PKK terrorçusu zərərsizləşdirilib.

 

Bizimaz.az “Qafqazinfo”-a istinadən  xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin tvitter hesabında açıqlama verilib. Qeyd olunub ki, bölgədə modul beton divarların inşaasında çalışan şirkətlərin təhlükəsizliyini təmin etmək üçün yol yoxlaması aparan METİ qrupuna İran torpaqlarından raket atəşi edilib.

Raket atışından sonra edilən cavab atəşi ilə 3 PKK terrorçusunun zərərsizləşdirildiyi, METİ qrupunda isə itkinin olmadığı bildirilib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov