Xəbər lenti

İranda neft-kimya zavodunda partlayış
 

İranın Buşer ostanının Əsəluyə şəhərində yerləşən neft-kimya zavodunda partlayış baş verib. Nəticədə iki nəfər həlak olub, bir nəfər yaralanıb.

 

Bizimaz.az -n məluatına görə “Qafqazinfo” “İrna”ya istinadən xəbər verir ki, partlayış zavodun oksigen nəql olunan boru kəmərində baş verib. Partlayışdan sonra zavodda yanğın olub.

Yanğının söndürüldüyü və hadisə yerində araşdırma başladıldığı bildirilib.

Qeyd edək ki, son vaxtlar İranın sənaye müəssisələrində müntəzəm olaraq analoji qəzalar baş verir. Mayın 23-də İranın mərkəzi hissəsindəki İsfahan əyalətindəki bir kimyəvi zavodda baş verən partlayış nəticəsində 9 nəfər yaralanmışdı.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov