Xəbər lenti

 

ABŞ-ın keçmiş prezidenti Barak Obama, Pentaqonun gizli arxivlərində uçan naməlum obyektlərin (UNO) fotolarının olduğunu deyib.

 

Onun sözlərinə görə, həmin “uçan boşqab”ların hərəkət prinsipini izah etmək mümkün olmayıb.

“RİA Novosti”nin məlumatına görə, bu barədə  sabiq dövlət başçısı “Ceyms Kordenlə çox gec şou” proqramının efirində bildirib.

Obama etiraf edib ki, 2008-ci ildə prezident olduğu dövrdə ABŞ-da “yad planetli gəmilər” və Yerdən kənar sivilizasiyaların varlığına dair sübutlar olan gizli laboratoriyaların olub-olmadığını öyrənməyə çalışıb.

“Onlar (rəhbərlik rəsmiləri - red.) kiçik bir araşdırma apardılar və olmadığını dedilər”, - deyə keçmiş prezident vurğulayıb.

Bununla belə, o, mənşəyi müəyyən olunmayan “uçan boşqab”ların çəkilişi və müşahidəsi olduğunu qeyd edib.

“Onların necə hərəkət etdiklərini, trayektoriyalarını izah edə bilmirik”, - deyə Obama əlavə edib.

Xatırladaq ki, ötən il Pentaqon rəsmi olaraq uçan naməlum obyektləri (UNO) əks etdirən üç qısa videogörüntü paylaşmışdı. UNO-ların təyyarədə olan infraqırmızı kameraların vasitəsi ilə çəkildiyi, videoların isə birinin 2004-cü, ikisinin də 2015-ci ildə qeydə alındığı bildirilmişdi.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov