Xəbər lenti

 
 

Britaniya şahzadəsi Harri gözlənilməz bəyanat verib.

 

“Armchair Expert” verilişində aktyor Daks Şepardla söhbət zamanı o bildirib ki, hələ 20 yaşı olarkən kral ailəsindən getməyi və müvafiq öhdəliklərdən imtina etməyi düşünüb.

Harri öz keçmiş həyatını “Trumen şuousu ilə zoopark arasındakı həyat” kimi səciyyələndirib.

O, uşaqlıqda keçirdiyi iztirabları xatırlayıb və öz övladlarının bu çətinliklərdən azad böyüməsini təmin etmək üçün kral ailəsindən uzaqlaşdığını qeyd edib.

Xatırladaq ki, şahzadə Harri və onun həyat yoldaşı Meqan Markl 2020-ci ilin yanvarında kral ailə üzvlüyündən imtina etdiklərini bəyan ediblər. Bir müddət sonra oğulları Arçi ilə ABŞ-a köçən cütlüyün bu yay qızları dünyaya gəlməlidir.

istinad

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov