Xəbər lenti

 

“Müasir münaqişələr uzun müddət davam etdiyi üçün ticari-iqtisadi əlaqələrə əhəmiyyətli dərəcədə zərər verir. Dağlıq Qarabağ münaqişəsi Ermənistanın iqtisadi blokadasına, on illərdir formalaşmış əlaqələrin qırılmasına, otuz il ərzində bütün Cənubi Qafqazın işgüzar aktivliyinin və nəqliyyat-loqistika sisteminin inkişafının ləngiməsinə səbəb oldu”.

 

Bu sözləri “Caliber.Az”-a müsahibəsində rusiyalı analitik, “Avrasiya-Povoljye” İnformasiya Analitik Mərkəzinin direktoru Marina Lapenko Cənubi Qafqaz regionunda kommunikasiyaların bərpasının əhəmiyyəti barədə danışarkən deyib.

“Buna görə də “regiondakı bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılması” barədə razılaşmaları əsl sıçrayış, regionda nəqliyyat dəhlizlərinin inkişafında yeni mərhələnin başlanğıcı və regionun nəqliyyat təcridindən çıxışı hesab edə bilərik. Bu proses bir neçə il uzana bilər və əlbəttə ki, buna nail olmaq asan olmayacaq, çünki tərəfləri Rusiya sülhməramlıları ayırır və hələ vasitəçilər olmadan konstruktiv birbaşa dialoqdan çox uzaqdırlar. Ancaq başlanğıc qoyulub və bu sevindirməyə bilməz.

Hər şeydən əvvəl söhbət Zəngəzur dəhlizinin yenidən qurulmasından gedir (Qars - Naxçıvan - Mehri - Zəngilan - Bakı dəmiryolu və avtomobil məntəqələri ilə). Layihə həyata keçirildikdə Azərbaycanın əsas hissəsindən Naxçıvana və Türkiyəyə, Rusiyadan Türkiyə və Ermənistana, Ermənistandan isə Rusiya və İrana yeni nəqliyyat marşrutuna sahib olacaq (coğrafi amillərə görə birbaşa Ermənistan-İran sərhədi üzərindən dəmir yolu çəkmək çətindir).

Gələcəkdə tamhüquqlu Zəngəzur dəhlizi “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinə və Yeni İpək yoluna inteqrasiya edilə bilər ki, bu da Naxçıvan Muxtar Respublikasının sürətli inkişafına təkan verəcək. Buna görə regional oyunçular artıq layihənin həyata keçirilməsinə maraq göstərirlər.

Rusiyalı mütəxəssislərin əksəriyyətinin fikrincə, Naxçıvan dəmiryolu xəttində hərəkətin bərpası qərarı regional blokadadan çıxmağa kömək edəcək və regionun bütün dövlətlərinə onların gələcək inkişafı üçün stimul yaradaraq müsbət təsir göstərəcək.

“Dəhliz”in yenidən işə salınması Yaxın Şərq və Hind Okeanı bazarlarına alternativ quru yolu əldə edəcək Rusiya üçün faydalıdır. Rusiya Federasiyası artıq onlara Azərbaycan ərazisi vasitəsilə çıxış təcrübəsinə malikdir. AİB-lə azad ticarət zonasının yaradılması ilə bağlı tamhüquqlu sazişin imzalanması üçün danışıqlar aparılan İranla ticarət dövriyyəsini artırmaq fürsəti yaranır”, - deyə o bildirib.

21 Noyabr 2024 “Putin danışıqlara hazırdır”
18 Noyabr 2024 Meymunçiçəyi virusu yayılır: Azərbaycanda vəziyyət necədir?
17 Yanvar 2024 İran ABŞ və İsraili “Xeybərşekan”la hədələdi
06 Noyabr 2023 Ermənistanı tərk edən Qarabağ ermənilərinin sayı AÇIQLANDI
15 Oktyabr 2023 Əfqanıstanda 6,5 bal gücündə zəlzələ baş verib
13 Oktyabr 2023 "Müharibə yalnız bir şəkildə sona çata bilər" - Netanyahu
20 Sentyabr 2023 "İrəvan Bakının Qarabağla bağlı bəyanatını nəzərə alır" - Paşinyan
03 Sentyabr 2023 “Oyanıb görə bilərik ki, Rusiya artıq regionda deyil” - Paşinyan
06 Yanvar 2023 Zelenski Putinin atəşkəs təklifini rədd etdi
05 Yanvar 2023 kraynanın ağır zərbəsi Rusiyanı şoka saldı
27 Dekabr 2022 İran mollalarından QORXUNC QƏRAR - “Etirazçıların əl və ayaqları kəsilsin” - FOTO
26 Dekabr 2022 Rusiyanın hərbi aerodromuna hücum olub: Ölənlər var
23 Dekabr 2022 İran Zelenskini hədələdi
07 Dekabr 2022 ABŞ Rusiyanı G20-dən çıxarmaq istəyir
23 Noyabr 2022 Türkiyədə güclü zəlzələ, 2 ölü, 50 yaralı - Yenilənib
22 Noyabr 2022 Tokayev yenidən Prezident seçildi
18 Noyabr 2022 Putin Təhlükəsizlik Şurasının iclasını keçirir
16 Noyabr 2022 Moskva hava limanlarında artan terror aktı təhlükəsi rejimi tətbiq edildi
15 Noyabr 2022 Balidə Ərdoğan-Bayden görüşü başladı - Video - Yenilənir
14 Noyabr 2022 Zelenski Xersona getdi, Ukrayna bayrağı qaldırıldı - Yenilənib - Video
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov