Xəbər lenti

Qarabağ münaqişəsi üzrə ekspert, ABŞ-ın EurasiaNet.org portalının şərhçisi Coşua Kuçera özünün Tvitter səhifəsində Ermənistanın Baş naziri Nikol Paşinyanın dünən axşam “Rossiya 1” telekanalının “60 dəqiqə” proqramında “suriyalı muzdluların Azərbaycana gətirilməsi” barədə dediklərindən danışıb.

 

Paşinyan deyib ki, onun aldığı məlumata görə artıq suriyalı muzdlular Azərbaycanın cəbhəboyu yaşayış məntəqələrində yerli əhali ilə qarşıdurmaya giriblər, toqquşma olub.

Bizimaz.az  Virtualaz.org-a istinadən xəbər verir ki, Coşua Kuçera Paşinyanın bu informasiyanı feyk-mənbədən götürdüyünü yazıb.

O, ermənilərin özlərinin Azərbaycana qarşı feyk xəbərlər paylaşmaq üçün qurduqları “freeazerbaijan.info” adlı sayta istinad edir. Hansı ki, həmin yalan məlumat iki gün əvvəl bu saytda yerləşdirilmişdi...

  •  
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov