Xəbər lenti

 

Yaponiyada son bir həftə ərzində şiddətlənən isti hava on insanın ölümünə səbəb olub.

 

“RİA Novosti” xəbər verir ki, isti hava nəticəsində yeddi min insan xəstəxanalara yerləşdirilib.

Ölkənin bütün ərazisində temperatur 36 dərəcə təşkil edib.

Avqustun 11-də bu ilin temperatur rekordu havanın 40 dərəcəyə qədər qalxdığı Qumma prefekturasında qeydə alınıb.

Sinoptiklər bədbin proqnoz verirlər: yaxın günlərdə meteoroloji vəziyyət dəyişməyəcək.

Səlahiyyətlilər yerli sakinlərdən vacib olmadığı halda evdən çıxmamağı, çoxlu maye qəbul etməyi və digər insanlarla aralarında olan məsafə iki metrdən çox olduqda küçədə qoruyucu maskadan istifadə etməməyi istəyiblər.

Günvurma zamanı təcili xəstəxanaya getməyin lazım olduğu vurğulanıb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov