Türkiyədə baş verən zəlzələ Naxçıvan ərazisində hiss olunub.
Bizimaz.az bildirir ki, Modern.az-ın AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosuna istinadən məlumatına görə, yerli vaxtla 12.08.2020-ci il tarixində, saat 03:29-da Heydərabad stansiyasından 53 km şimal-qərbdə, Türkiyənin İğdır vilayətində zəlzələ qeydə alınıb.
Zəlzələ Naxçıvanın Sədərək və Heydərabad rayonlarında 3 bala qədər hiss olunub.