ABŞ koronavirusla mübarizə üçün Çindən tibbi ləvazimatlar almağa başlayıb.
Bizimaz.az “Haber Global”a istinadən xəbər verir ki, tibbi maska, termometr və tibbi əlcəklər daşıyan ilk təyyarə artıq Nyu-Yorka enib.
Məlumata görə, ABŞ Çindən ilkin olaraq 130 min ədəd N95 maskası, 1,8 milyon ədəd cərrahiyyə maskası, 70 min ədəd termometr və 10 milyondan çox tibbi əlcək alıb.
Ağ Evdən bildirilib ki, koronavirusla mübarizə üçün iki öllkə arasında xüsusi razılaşma əldə olunub. Razılaşma çərçivəsində 20 təyyarə tibbi ləvazimat alınacaq.
Ləvazimatlar əsasən Nyu-York, Nyu-Cersi və Konnektitut ştatlarındakı xəstəxana, səhiyyə ocaqları və qocalar evlərinə paylanılacaq.