Fransanın Mulhouse şəhərindəki Evangelist kilsəsində 17-21 fevral tarixlərində keçirilən mərasimlərə qatılan ən azı min nəfərdə COVID-19 virusu aşkarlanıb.

 

Bizimaz.az xəbər verir ki, bu barədə "France Info" məlumat yayıb.

Məlumata görə, bu şəxslər virusu Paris, Orlean, Besançon, Belfort, Dijon, Macon, Agen, Briançon şəhərlərinə aparıb və mərasimdə iştirak edən tibb bacısı da 250 həmkarını yoluxdurub.

Bir çox şəhərdən iştirak edənlərin olmasını nəzərə alaraq koronavirusun Fransaya bu yolla yayılması iddia edilib.

"Rituallarda iştirak edənlərin əksəriyyəti virus daşıyırdı. Çünki sonrakı testlərin əksəriyyəti müsbət çıxdı", - deyə kilsənin keşişi və həkimi Jonathan Peterschmitt bildirib.