Xəbər lenti


Aral dənizi yaxınlığındakı Muynak şəhəri dünyanın ən dəhşətli yeri adlandırılıb.

 

AZƏRTAC xəbər verir ki, Özbəkistanın Qaraqalpaq Respublikasında yerləşən, “Gəmilər qəbiristanlığı” adını alan Muynak şəhəri “Fox News” jurnalının “Dünyanın ən dəhşətli yerləri” siyahısına düşüb.

Keçən əsrin 70-80-ci illərinə qədər Muynak Aral sahillərində liman şəhəri kimi tanınıb. Aralın quruması isə ekoloji və iqtisadi fəlakətə çevrilib. Bu gün dənizin 90 faizi quruyub, suyun dibi isə pas atmış gəmilərin quma batdığı səhraya çevrilib.

Xatırladaq ki, Aral 1960-cı ildə dünyada sahəsinə görə dördüncü göl sayılıb. Son 40 ildə onun sahəsi 2-3 dəfə kiçilib, suyun səviyyəsi 18 metr aşağı düşüb. Suyun duzluluğu artdığına görə balıq ehtiyatları tamamilə tükənib. Güclü külək qumu sovuraraq uzaq yaşayış məntəqələrinə qədər aparıb və beləcə ekoloji fəlakət zonası yaranıb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov