Oman sultanı Qabus bin Səid Əl Səud xəstəlikdən uzun müddət müalicə aldığı xərçəng xəstəliyindən vəfat edib.

 

Bizimaz.az: BAKU.WS xəbər verir ki, 50 ildir ölkəni idarə edən sultan 79 yaşında ölüb. O, 2015-ci ildən etibarən xərçəngə qarşı mübarizə aparırdı.

Oman hökuməti ölkədə 3 günlük matəm elan edib. Dəfn mərasimi bu gün keçiriləcək.

Qeyd edək ki, Qabus bin Səid Əl Səudun övladı olmayıb. Onun varisinin Əsəd bin Tarek bin Teymur Əl Səid olacağı bildirilir. Əsəd bin Tarek 2002-ci ildən etibarən sultanın şəxsi köməkçisi işləyir.