İran “Boeing 737-800” təyyarəsinin qəzaya uğramasının səbəbini açıqlayıb.

 

Bizimaz.az: BAKU.WS ria.ru-ya istinadən xəbər verir ki, bu barədə “Associated Press” agentliyi İran hökumətinə istinadən məlumat yayıb.

Məlumatda qeyd edilir ki, layner təsadüfən vurulub və bu qəsdən edilməyib. İran hakimiyyəti qəzanın səbəbini insan amili ilə əlaqələndirib.

Bu barədə İrаnın Xаrici İşlər Nаzirliyinin başçısı Məhəmməd Cavad Zərif özünün “Twitter”dəki səhifəsində bunları yazıb:

"Kədərli gün. Silahlı Qüvvələrin daxili araşdırmasının ilkin nəticələrinə əsasən ABŞ-ın avantürizmi ilə təxribat edilmiş böhran dövründə insan səhvi qəzaya gətirib çıxardı".