Xəbər lenti


Azərbaycan Respublikası sosial, hüquqi, iqtisadi, tibbi və digər vasitələrlə uşaqları istismarın bütün növlərindən və təsirlərdən, o cümlədən fiziki və psixi zorakılıqdan mühafizə edir, məişət zorakılığının, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrinin qarşısının alınması, zərər çəkmiş şəxslərin müdafiəsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirir.

 

Bizimaz.az: Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən Axar.az-a daxil olan açıqlamada bildirilib ki, bu ilin sentyabr ayında Abşeron rayon sakini Qəhrəmanlı Fuad Əli oğlunun yetkinlik yaşına çatmayan qızları Sənay və Selcan Qəhramanlıya, eləcə də arvadı Zümrüd Qəhrəmanlıya qarşı zorakılıq edərək onlara iztirablar verməsi barədə Selcan Qəhrəmanlının sosial şəbəkə hesabında və kütləvi informasiya vasitələrində yayılan məlumatlar geniş ictimai rezonansa səbəb olub. Məlumatda Fuad Qəhramanlının təxminən 40 dəfə öz ailəsinə qarşı zorakı hərəkətlər etməsi qeyd edilib.

Həmçinin, Zümrüd Qəhrəmanlı “YouTube”da yerləşdirilən müsahibəsində əri Fuad Qəhrəmanlının 2010-cu ildə ağır şüşə stəkanla azyaşlı qızı Sənayın dizini sındırdığını, 2013-cü ilin yayında onun barmağını sındırdığını, 2015-ci ilin noyabrında isə ona digər xəsarətlər yetirdiyini, azadlıqda, hətta həbsdə olarkən belə onlara qarşı psixi iztirablar verdiyini bildirib. Z.Qəhrəmanlı qızı Sənayın xəsarətlərini təsdiq edən sənədlərin və fotoşəkillərin olduğunu qeyd edib, həmin hadisələrdən Fuad Qəhrəmanlının təmsil olunduğu partiyanın sədri Əli Kərimli və rəhbərliyində təmsil olunan digərlərinin məlumatlı olmasına baxmayaraq onlar tərəfindən bu şiddətin qarşısının alınması üçün heç bir tədbir görülməməsi, yol verilmiş məişət zorakılığının üstünün ört-basdır edilməsinə cəhd göstərilməsi barədə məlumat verib.

Bundan başqa “facebook” sosial şəbəkəsində Gülnarə Mehdiyeva adlı jurnalist Zümrüd Qəhrəmanlının bədəni üzərində zorakılığın izlərini göstərən fotoşəkillər paylaşıb və Fuad Qəhrəmalının qızları ilə söhbət zamanı ataları tərəfindən uzun illər ərzində onlara və analarına qarşı olunan zorakılığı etiraf etdiklərinə dair məlumat yayıb.

Həmin faktla bağlı Respublikada fəaliyyət göstərən bir sıra ailə, qadın və uşaq problemləri üzrə qeyri-hökumət təşkilatlarının sədrləri birgə bəyanat yayaraq, öz ailə üzvlərini fiziki və psixi iztirablara məruz qoymuş, onlara əzab vermiş Fuad Qəhrəmanlı barədə ciddi tədbir görülməsini bildiriblər.

Törədilmiş cinayətin azyaşlı və köməksiz vəziyyətdə olan şəxs barəsində törədilməsi xüsusatı nəzərə alınaraq cinayət prosessual qanunvericiliyinin tələbləri əsas götürülməklə Baş Prokurorluq tərəfindən müvafiq araşdırma aparılıb.

Araşdırma zamanı Bakı şəhəri Kliniki Tibbi Mərkəzin qeydiyyat jurnallarına baxış protokolu, təqdim olunmuş sənədlər, izahatlar və digər sübutlarla müəyyən edilib ki, 2004-cü il təvəllüdlü Sənay Qəhrəmanlı 2010-cu ilin yanvarında sağ diz nahiyyəsində travmatik çat (natamam sınıq), travmatik zədə yerində su yığılması və şişkinliklə bağlı müayinə və müalicə olunub, ona tibbi yardım göstərilib. Sənay Qəhrəmanlı 26 sentyabr 2018-ci il tarixdə təkrarən sağ diz nahiyyəsində müayinə olunma zərurəti ilə bağlı həmin xəstəxanaya müraciət edib və aşağı ətrafların rentgen müayinəsi keçirilib.

Göstərilən faktların tam, hərtərəfli və obyektiv araşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 133.2.1 (iki və ya daha çox şəxsə qarşı döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) və 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) maddələri ilə cinayət işi başlanıb.

Cinayətin xarakteri, işin xüsusiyyətləri və hadisələrin Abşeron rayonunun ərazisində baş verməsi nəzərə alınaraq cinayət işinin istintaqı Abşeron rayon prokurorluğuna həvalə edilib.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
30 İyul 2023 Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirdi - Video
23 İyun 2023 Vilayət Eyvazovdan yeni təyinat
04 İyun 2023 Kamaləddin Qafarov: ““Əsrin müqaviləsi” ölkədə vəziyyəti kökündən dəyişdi”
30 Mart 2023 31 mart- tarixin qara səhifəsi
18 Yanvar 2023 Kollecdə 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə açıq dərslər keçirildi
11 Yanvar 2023 İqtisad Universitetinin rektoruna ağır itki üz verdi
06 Yanvar 2023 TƏBİB: "Bayram günlərində 180 nəfər zəhərlənib, 4-nün vəziyyəti ağırdır"
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov