Xəbər lenti



Xalq yazıçısı Kamal Abdullanın “Sirlərin sərgüzəşti” adlı yeni romanı işıq üzü görüb.

 

Kult.az xəbər verir ki, yazıçının sayca dördüncü romanı olan bu əsərdə paralel zaman və məkan, yaddaş fenomeni, real və irreal hadisələrin təsviri özünün ədəbi-bədii əksini tapıb. Roman müasir nəsr texnikasına xas olan iç-içə süjetlər və fəsillərlə assosiasiya olunan hadisələrin anaxronik ardıcıllığı şəklində qurulub. Əsərin qəhrəmanı olan Həsən müəllim (Hacı Mir Həsən Ağa Səyyah) nəql olunan əhvalatların fövqündə dayanaraq sirlərin sərgüzəştinə şahidlik və bələdçilik edir. Bu mənada roman oxucunu öz sirlərinin ağuşuna alır, onu da sirrə vaqif edir. Odunçu Əhmədin, Təpəgözün, Banuçiçəklə Beyrəyin çözülən sirri oxucunu Kamal Abdullanın bundan əvvəl qələmə aldığı mətnlərdəki mətləblərə bir daha üz tutmaq ehtiyacı ilə üz-üzə qoyur. “Sirlərin sərgüzəşti”ndəki arxetipik məqamlar romanı müəllifin digər mətnləri ilə aşkar və gizli lağımlarla bağlayır.

Kitabın redaktoru və “Ön söz”ün müəllifi Əlövsət Ağalarov yeni əsəri belə xarakterizə edir: “Əsərdəki dərin fəlsəfi-psixoloji anlardan uzun müddət ayrılmaq olmur, yaddaşın yaddaşsızlığı dərkolunmayacaq qəribə aləmə aparır oxucunu. Hacı Mir Həsən ağa Səyyah risalə yazmaq üçün “Sirri-Xuda”dan yox, qonşularının, tacir-tüccarların, padşahların, şeyxlərin və b. sirlərinə bələd olmağı, onların sərgüzəştlərindən yazmağı öhdəsinə götürür və məharətlə istəyinə çatır. Odunçu Əhmədin sirrindən tutmuş, ta Həsən müəllimin ailə sirlərinə qədər sirlərin sərgüzəştləri sizi başqa bir sirlər dünyasına aparacaq. Sona qədər oxuyun, nəticəni özünüz çıxaracaqsınız və Kamal Abdullanın sirli-sehrli yaradıcılığından həmişə olduğu kimi, bu dəfə də həzz olacaqsınız. Bu kitab Kamal Abdullanın digər kitabları kimi, uzun ömür sürməyə haqqı olan böyük yaradıcılıq nümunəsidir”.

Kitabda Xalq yazıçısı Kamal Abdullanın ədəbi və elmi yaradıcılığı haqqında Franko Kardini (İtaliya), Anastasiya Yermakova (Rusiya), Xalq yazıçısı Anar və akademik İsa Həbibbəyli (Azərbaycan), Arif Acaloğlu (Türkiyə), Lüdmila Lavrova (Rusiya), Maks Statkeviçin (ABŞ) fikirləri də yer alıb.

Roman “Azərnəşr”də işıq üzü görüb.

Qeyd edək ki, “Sirlərin sərgüzəşti” müəllifin “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, “Unutmağa kimsə yox” əsərlərindən sonra sayca dördüncü romanıdır. Əsərin iki fəsli bir müddət əvvəl “Ədəbiyyat qəzeti”ndə çap olunub.

 
01 May 2025 “3 milyondan çox vətəndaşın banklara kredit borcu var”
21 Aprel 2025 Mayın 1-dən “e-bülleten” sisteminə keçirilir
07 Aprel 2025 Uşaqların sayına görə pensiya yaşının azaldılması TƏKLİF EDİLDİ
01 Aprel 2025 Prezidentdən İsmayıllının İvanovka kəndi ilə bağlı SƏRƏNCAM
20 Fevral 2025 Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulu elan edildi
07 Fevral 2025 Samir Rəhimov: "Əfv Komissiyası iclası gələn həftə olacaq"
06 Yanvar 2025 “Ajiotaj yaratmaq lazım deyil” - Tokayev
27 Dekabr 2024 Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov