Dövlət Turizm Agentliyi yanında “Yanardağ Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun direktoru Malik Fətullayev öz istəyi ilə vəzifəsindən azad edilib.
Bizimaz.az: onu müvəqqəti olaraq bu il fevralın 1-dən qoruğun direktor müavini təyin edilmiş Ramin Cəfərov əvəz edir.
O, "Yanardağ"da vəzifəyə təyin olunmazdan əvvəl Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət Departamentində çalışıb.