Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik, xalq yazıçısı Kamal Abdulla 22 İyul - Milli Mətbuat Günü münasibətilə jurnalistlərlə görüşüb.
Bizimaz.az Axar.az-a istinadən xəbər verir ki, görüşdə çıxış edən rektor jurnalistləri salamlayaraq, onları qarşıdan gələn Milli Mətbuat günü münasibətilə təbrik edib.
Rektor media nümayəndələrinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb və onları müxtəlif hədiyyələrlə mükafatlandırıb.
Daha sonra Kamal Abdulla ADU-da baş verən yeniliklərlə bağlı məlumat verib.
Tədbir çərçivəsində ADU ilə “Birgə və Sağlam Həyat” İctimai Birliyi arasında əməkdaşlığa dair anlaşma memorandumu da imzalanıb.
Memorandumu ADU-nun rektoru, akademik Kamal Abdulla və sözügedən birliyin sədri Aytən Eynalova imzalayıb.
Kamal Abdullanın təklifi ilə tədbirdə iştirak edən media nümayəndələri də şahid qismində sözügedən memoranduma imza atıblar.
İmzalanan sənədə əsasən, tərəflər yerli və beynəlxalq ekspertləri cəlb etməklə, xüsusi qayğıya ehtiyacı olan şəxslərin ailələr və onlarla məşğul olan mütəxəssislərin bilik və bacarıqlarının artırılması istiqamətində birgə təlim, seminar və vebinar keçirəcəklər.