“Yağış həddən artıq çox idi. Montin ərazisində yağıntının miqdarı 37 mm, 4-cü mikrorayonda isə 27 mm olub. “Azərsu” ASC-nin bütün hidrotexniki qurğuları, kollektorları yağış zamanı işlək vəziyyətdə olub. Bizim əməkdaşlar dərhal hadisə yerinə cəlb olunublar. Bulvar ərazisindən, yəni Neftçilər prospekti istiqamətində dənizə 3 təxliyə xəttimiz var. Biri Azadlıq prospektində, digəri Yusif Məmmədəliyev, üçüncü isə Səməd Vurğun küçəsindədir. Biz Azadlıq prospekti və Səməd Vurğun küçəsindəki təxliyələri dərhal açmışıq və oradan suyu dənizə buraxmışıq. Yusif Məmmədəliyev küçəsindəki təxliyə xəttimizdə isə gələn böyük həcmli suların təzyiqi nəticəsində açılmada bir az yubanma olub. Qısa müdətdə onu bərpa etmişik. Gördüyümüz işlərin nəticəsində biz Neftçilər prospektini, "Sahil" metrosunu suyun altında qalmaqdan xilas etmişik".
A.
Cəbrayıllı qeyd edib ki, yağışdan yarım saat sonra su yığılmaları tam aradan qaldırılıb: "Hazırda kollektorlarımız tam ötürücülük gücü ilə işləyir. Bunların hamısı 70-80-ci illərdə çəkilmiş kollektorlardır. 2012 və 2015-ci illərdə xüsusi aparatarla onların vəziyyətini öyrənib, yüksək təzyiqli maşınlarla yumuşuq. Həmin kollektorlardan 12 min kubmetr bərk məişət tullantısı çıxarmışıq. Nəticədə onların 100% ötürücülük qabiliyyətini təmin etmişik”.
Qeyd edək ki,
Bakı Şəhər İcra Hakimiyyəti dünən paytaxtda yağan güclü yağış və yollarda yaranan gölməçələrlə bağlı açıqlama yayıb. Məlumatda bildirilib ki, mərkəzdə yağış sularının fəsadlarının daha çox olmasının təbii səbəblərindən əlavə texniki səbəbi də olub. Onlardan biri kimi “Azərsu” ASC-nin mövcud kollektorlarının fövqəladə hallarda böyük su kütləsinin axıdılmasının öhdəsindən tam şəkildə gələ bilinməməsi göstərilib.
Əlavə edilib ki, həmin gün Neftçilər prospekti boyu uzanan ”Sahil” kollektorunda yağış sularının daşınması üçün nəzərdə tutulan təxliyə xətlərinin çox gec açılması da əlavə problem yaradıb.