“Sənədlərimi və pulu götürüb
Bakıya gəlmişdim. Qonşunun uşağı gözündən əməliyyat olunmalı idi. Onun əməliyyatı oktyabr ayına qaldı. Pulu isə nənəsinin əməliyyatı üçün istədilər, mən də verdim. Sənədlərimi götürüb
Lənkərana qayıtdım. Burada
İslam Kolleci açılıb, danışdım ödənişsiz təhsil almaq mümkündür. Elə burada da oxuyacağam”.
Qeyd edək ki, 14 aprel 1963-cü il təvəllüdlü Atakişi Ağayev 121 bal toplayaraq, qiyabi və ödənişli əsaslarla
Bakı İslam Universitetinə Dinşunaslıq fakültəsinə qəbul olub. O, ilin ən yaşlı tələbəsi adını qazansa da, təhsilini davam etdirə bilməyib.
Aytən Zəhra