Xəbər lenti



Gələn həftə, avqustun 21-də Məhərrəm ayı başlayır.

 

Bizimaz.az “Report”-a istinadən  xatırladır ki, Məhərrəm ayının başlamasından 10 gün sonra, yəni avqustun 30-u Aşura günüdür.

Hər il Aşura günü müsəlmanlar məscidlərə gedərək bəzi dini ayinləri yerinə yetirir və qanvermə aksiyalarında iştirak edir.

Lakin bu il bütün dünyada, eləcə də Azərbaycanda koronavirus pandemiyası davam edir və bu səbəbdən Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ölkədə fəaliyyət göstərən məscidlər bağlanıb, kütləvi tədbirlərin keçirilməsi qadağan edilib.

Maraqlıdır, belə bir durumda bu il üçün Məhərrəmlik mərasimləri keçiriləcəkmi?

Bu gündən etibarən sərt karantin rejimi ilə bağlı bəzi yumşalmalar edilsə də, məscidlərin açılması gündəm mövzusu olmadı. Hətta Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Qərargahın brifinqində çıxışı zamanı  məscidlərin açılması məsələsinin hələlik müzakirə olunmadığını deyib: “Bu il xüsusi ildir. Əsas məsələ insanların sağlamlığının qorunmasıdır. Ona görə də məscidlərin açılmasına hələ gedə bilmərik”.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev isə “Report”a açıqlamasında bildirib ki, Məhərrəmlik mərasimlərinin hansısa formada keçirilib-kiçirilməməsi məsələsi hələ müzakirə olunur:

“Müzakirələrin yekununda videokonfrans formatında görüş keçiriləcək və qərar qəbul edilərək ictimaiyyətə açıqlanacaq”.

Xatırladaq ki, bu il COVID-19-a görə məscidlər açıq olmadığından iyulun 31-də Qurban bayramı namazı məscidlərdə qılınmadı.

Məlumat üçün bildirək ki, sentyabrın 19-da başlayacaq Səfər ayı oktyabrın 19-da başa çatacaq.

01 May 2025 “3 milyondan çox vətəndaşın banklara kredit borcu var”
21 Aprel 2025 Mayın 1-dən “e-bülleten” sisteminə keçirilir
07 Aprel 2025 Uşaqların sayına görə pensiya yaşının azaldılması TƏKLİF EDİLDİ
01 Aprel 2025 Prezidentdən İsmayıllının İvanovka kəndi ilə bağlı SƏRƏNCAM
20 Fevral 2025 Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulu elan edildi
07 Fevral 2025 Samir Rəhimov: "Əfv Komissiyası iclası gələn həftə olacaq"
06 Yanvar 2025 “Ajiotaj yaratmaq lazım deyil” - Tokayev
27 Dekabr 2024 Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov