İnsanların qapalı məkanlarda sıx toplaşması nəticəsində virusun yayılması daha çox olur. Bu səbəblə məscidlərin açılması müzakirə olunmur.
Bizimaz.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
"Nəzərə alın ki, həcc ziyarəti də təşkil olunmadı. Bütün baş verənləri nəzərə alaraq, dini ibadət məkanlarının açılması müzakirə mövzusu deyil", - o bildirib.
Ş.Mövsümov qeyd edib ki, 2020-ci il qeyri-adi və tarixi ildir:
"Hər kəsdən xahiş edirəm ki, virusun yoluxma sürətinin azalması üçün əlimizdən gələni edək. Qaydalar pozulduğu zaman dövlətə də bu barədə bildirin. Şübhəm yoxdur ki, problemin qarşısını alıb, öhdəsindən gələcəyik. Əsas məsələ nə qədər itki verməyimizdir. Hər birinizi səfərbər olmağa çağırıram".
Axar.az