“190 manat daha çox ehtiyacı olan insanlar üçündür”.
Bizimaz.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.
Ş.Mövsümov qeyd edib ki, vətəndaş 190 manatın 1 manatına belə toxunulmayıbsa, deməli onların bu pula ehtiyacı yoxdur:
"Heç olmasa 190 manatın 10 manatından istifadə edilsəydi, kartlar bloklanmazdı. Ona görə də həmim vəsait ehtiyaclı olan sahələrə, həkimlərin əməkhaqqına yönəldiləcək".
Modern.az