Məktəblərdə tədrisin bərpası ilə bağlı müzakirələr davam edir.
Bizimaz.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.
Ş.Mövsümov qeyd edib ki, bunun üçün dünya praktikası da nəzərdən keçirilir:
"Hazırda əlimizdə hansısa resept yoxdur ki, ondan istifadə edək. Həm də vəziyyət o qədər dinamik dəyişir ki, qərar verilənədək rəqəmlər başqa istiqamətdə dəyişir. Amma növbəti dəfə təhsillə bağlı suallara tam aydınlıq gətiriləcək".
Modern.az