Xəbər lenti

 

Karantin rejiminin yumşaldılması mərhələli şəkildə həyata keçirilir. Bu yumşalmalar dünya təcrübəsinə uyğundur.

 

Bizimaz.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib:

"Mərhələli şəkildə yumşalmalar riskləri azaldır. Məhz bu səbəbdən addım-addım açılamalara gedəcəyik. Bəli, yumşalmalar zamanı yoluxmaların artması mümkündür. Bizim ən vacib qarşımızda duran məsələ virusun yoluxma sürətinin azaldılmasıdır".

Şahmar Mövsümov bildirib ki, bu gün əsas qayda karantin rejiminin ən sadə tələblərinə riayət etməkdir:

"Bu ən vacib məsələdir və hər birimizdən asılıdır. Digər istiqamət isə həmin tələbələrə nəzarətin həyata keçirilməsidir. Bunun yükü dövlətin üzərinə düşür və çox ciddi addımlar atılacaqdır. Bu gün Baş Nazir tərəfindən bununla bağlı iclas keçiriləcək. Başqa diqqət yetirilən məqam isə yoluxmaların erkən aşkarlanması və vaxtında təcrid olunmasıdır. Bu üç istiqamətdən ən önəmlisi və ən çox sürətə təsir edən amil birincidir. Hər birimiz qaydalara riayət etsək, virusun yayılma sürəti azalacaqdır. Əks halda yenidən bağlanmaları getməli olacağıq".

O qeyd edib ki, təəssüf ki, əksər insanlar bu bağlanmaları başqa istiqamətə yönəldir:

"Bəzilər virusun olmadığını, başqa ölkələrdə karantin rejiminin tətbiq olunmadığını deyir. Heç yerdə virusa qalib gəlinməyib. Virus bizimlədir, aramızdadır. Biz karantin rejimi nəticəsində böyük əziyyətlə yoluxmaların azalmasına nail olmuşuq. Ölkə başçısının da qeyd etdiyi kimi əziyyətlə əldə etdiyimiz bu əziyyəti itirməyək"

01 May 2025 “3 milyondan çox vətəndaşın banklara kredit borcu var”
21 Aprel 2025 Mayın 1-dən “e-bülleten” sisteminə keçirilir
07 Aprel 2025 Uşaqların sayına görə pensiya yaşının azaldılması TƏKLİF EDİLDİ
01 Aprel 2025 Prezidentdən İsmayıllının İvanovka kəndi ilə bağlı SƏRƏNCAM
20 Fevral 2025 Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulu elan edildi
07 Fevral 2025 Samir Rəhimov: "Əfv Komissiyası iclası gələn həftə olacaq"
06 Yanvar 2025 “Ajiotaj yaratmaq lazım deyil” - Tokayev
27 Dekabr 2024 Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov