Bu vaxta qədər 6 polis koronavirusdan dünyasını dəyişib.
Bizimaz.az bildirir ki, bunu Axar.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin sözçüsü, polkovnik Ehsan Zahidov deyib. DİN sözçüsü bildirib ki, dünyasını dəyişən polislərin çoxu Bakının, az qismi əyalətlərin payına düşür.
Ehsan Zahidovun sözlərinə görə, koronavirusa yoluxan polislərdən müalicəsi davam etdirilənlər də var:
“Bu da onunla əlaqədardır ki, polis əməkdaşları beş aydır gecə-gündüz xüsusi karantin rejiminə nəzarəti həyata keçirirlər. Gücləndirilmiş iş rejimində çalışırlar. Polis əməkdaşlarının virusa yoluxması gözlənilən idi. Çünki onlar bir nömrəli risk qrupuna daxildirlər. Hər gün minlərlə insanla təmasda olurlar. Yoluxanlar var, sağalanlar da çoxdur. Bu günə qədər 6 polis əməkdaşı dünyasını dəyişib. Digərlərinin müalicəsi də xüsusi xəstəxanalarda davam etdirilir”.